IMG-LOGO

Makron Li Çje Myon ilə Hörmüz boğazında təhlükəsizlik məsələsində əməkdaşlığa razılaşıb

03 Apr 2026 12:45 3 baxış
IMG

Cənubi Koreya və Fransa prezidentləri Li Çje Myon və Emmanuel Makron Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinin təmin edilməsi və Yaxın Şərqdəki müharibənin nəticələrinin yumşaldılması istiqamətində əməkdaşlıqla bağlı razılıq əldə ediblər.

"Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bunu Li Çje Myon Seulda Makronla birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

"Prezident Makronla Yaxın Şərqdəki müharibənin səbəb olduğu iqtisadi və enerji böhranlarının öhdəsindən birlikdə gəlmək üçün təcrübə və strategiya mübadiləsi aparmağa, dünya iqtisadiyyatındakı qeyri-müəyyənliyin azaldılması istiqamətində birgə işləməyə razılaşdıq. Biz nüvə və dəniz külək enerjisi sahəsində əməkdaşlığımızı genişləndirməklə, eləcə də Hörmüz boğazı üzərindən təhlükəsiz dəniz nəqliyyat marşrutlarının təmin edilməsində əməkdaşlıq etməklə enerji təhlükəsizliyinin gücləndirilməsinə sadiqliyimizi təsdiqlədik", - Cənubi Koreya Prezidenti əlavə edib.

Xəbər lenti