IMG-LOGO

Hüseyn onu gələcək arvadı ilə tanış edənə 10 milyon vəd edir

04 Mar 2024 12:05 198 baxış
IMG

Rusiyada yaşayan azərbaycanlı videobloger və iş adamı Hüseyn Həsənov evlənmək üçün qız axtarır.

Lent.az-ın xəbərinə görə, bu barədə Hüseyn  öz sosial şəbəkə hesabında məlumat verib. 

Həsənov onu gələcək həyat yoldaşı ilə tanış edənə 10 milyon rubl (18500 manat) pul verəcəyini vəd edib. 

“Məni gələcək arvadımla tanış edən adama 10 milyon rubl verəcəm. Bu tanışlıq 1 ay içində, martın sonuna kimi baş verməlidir. Bu tanışlığı necə təşkil edəcəyinizi siz düşünün”,- o bildirib.

Hüseyn Həsənov evlənəcəyi qızın “pomidor yumurta”nı yaxşı bişirməsini və dırnaqlarının ideal vəziyyətdə, fransız manikürü ilə bəzənmiş olmasını istədiyini açıqlayıb. 

Mənbə: lent.az

Xəbər lenti