İsrailin hava zərbəsi nəticəsində Livanın cənubunda "Hizbullah"ın 15 yaraqlısı öldürülüb.
"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin məlumatında deyilir.
"Livanın cənubunda 146-cı diviziyanın hərbçiləri öz məsuliyyət zonasında 15 yaraqlını müəyyən ediblər. Bundan başqa, İsrailə tank əleyhinə raketlər buraxmağı planlaşdıran "Hizbullah" yaraqlılarının özəyi aşkar edilib", - məlumatda qeyd olunub.