IMG-LOGO

Bu rayonda işıq olmayacaq

03 Apr 2026 09:37 6 baxış
IMG
1 0

Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bu gün Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) 35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından çıxan 35 kV-luq "Göytəpə" hava xəttində təmir işləri aparılacaq.

Bununla bağlı saat 11:00-dan 13:00-dək Göytəpə şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq

işıq olmayacaq

Xəbər lenti