IMG-LOGO

Avstraliya Yaxın Şərqə xüsusi təyinatlı qüvvələrini yerləşdirib

03 Apr 2026 08:31 7 baxış
IMG

Avstraliya İranla bağlı münaqişənin daha da gərginləşməsi qorxusu ilə gizli şəkildə Yaxın Şərqə elit SAS xüsusi təyinatlı qüvvələrini yerləşdirib.

"Report" xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Nəşrin mənbələrə istinadən verdiyi məlumata görə, bölmənin Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Minhad hava bazasında yerləşdiyi güman edilir.

Qeyd olunub ki, yerləşdirilən qüvvələr döyüşdə iştirak etmək üçün nəzərdə tutulmayıb. Onların əsas missiyası təhlükəsizliyi təmin etmək və diplomatik missiya heyəti də daxil olmaqla, təxliyə əməliyyatları aparmaqdır.

Avstraliya Baş naziri Entoni Albaneze əvvəllər dəfələrlə bildirib ki, Kanberra Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyil.

Onun sözlərinə görə, Avstraliya qoşunlarının bölgədəki istənilən hərəkəti ciddi şəkildə müdafiə xarakteri daşıyır, ölkə vətəndaşlarının və xaricdəki obyektlərin təhlükəsizliyini təmin etmək zərurəti ilə diktə olunur.

Xəbər lenti