IMG-LOGO

“Əlimdə pul olsun deyə qarajımı satdım” - Faiq Ağayev

04 Mar 2024 10:30 213 baxış
IMG

“Pul bir vasitədir, yaxşı yaşamaq, asılı olmamaq, iqtisadi cəhətdən ayaqda qalmaq üçün vasitədir, amma hər şey deyil”  Lent.az-ın xəbərinə görə, bunu Xalq artisti Faiq Ağayev qatıldığı teleproqramlardan birində deyib.

“Allah mənə o günü göstərməsin ki, mən kimdənsə asılı olum. Pul insanı iqtisadi cəhətdən asılı olmaqdan qurtarır. Pandemiya günlərində pulsuzluğu  hiss etdim. Vəziyyətdən çıxmaq üçün qarajımı satdım ki, əlimdə pul olsun. Üstəlik saxlamalı olduğum komandam, işçilərim də var idi. Bütün bunlar üçün pul lazım idi”, -  o qeyd edib.

Mənbə: lent.az

Xəbər lenti