Birləşmiş Millətlər Təşkilatı (BMT) ötən il Haitidə təşkilat tərəfindən dəstəklənən təhlükəsizlik qüvvələrinin üzvləri ilə bağlı cinsi istismar və zorakılıqla bağlı dörd iddia ilə bağlı apardığı araşdırmalar iddiaların doğruluğunu təsdiqləyib.
"Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, BMT-nin 16 fevral tarixli hesabat ilk dəfə bu gün "Ayibo Post" qəzetində dərc edilib.
"Bütün bu iddiaların Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən aparılan araşdırmalardan sonra təsdiqləndiyi aşkar edilib", - deyə hesabatda bildirilsə də, bu işlərin nəticələri barədə məlumat verilməyib.