Çeçenistan Respublikasında “Ən qəşəng pişik” müsabiqəsi keçirilib.
Lent.az xəbər verir ki, bu barədə MIR 24 məlumat yayıb.
“HONK FEST” qastronomik yabanı sarımsaq festivalı çərçivəsində baş tutan tədbirdə respublikanın hər yerindən, eləcə də qonşu rayonlardan ev heyvanları iştirak edib.
Müsabiqədə birinci yerə Çeçenistandan olan Darçi adlı şotland pişiyi layiq görülüb. Qalib altı ay müddətində qida ehtiyatı aldı.