IMG-LOGO

BP Xəzər hövzəsindən yeni enerji marşrutunun yaradılmasında dair təkliflə çıxış etmədiyini bildirir - YENİLƏNİB

03 Apr 2026 00:22 4 baxış
IMG

BP Xəzər hövzəsindən yeni enerji marşrutunun yaradılmasında dair "BP Azerbaijan" şirkətinin bir əməkdaşının şəxsi sosial media hesabında paylaşdığı məlumat şirkətin rəsmi mövqeyini əks etdirmir.

BP şirkətindən "Report"a bildiriblər ki, bu məlumat sözügedən əməkdaşın şəxsi mülahizələridir.

"bp öz əməkdaşının şəxsi sosial media hesabında bölüşdüyü və "BP Azərbaycan üzərindən yeni enerji dəhlizinin yaradılmasını təklif edib" başlıqlı məqalədə istinad olunan məlumatı təkzib edərək bildirir ki, bu, həmin əməkdaşın şəxsi mülahizələridir və heç cür şirkətin rəsmi mövqeyini əks etdirmir", - şirkətdən bildiriblər.

02 aprel, 18:18

Britaniyanın "British Petroleum" (BP) neft-qaz korporasiyası Qazaxıstan və Türkmənistandan qazın Azərbaycan ərazisi ilə Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə ixracı üçün nəzərdə tutulan yeni enerji marşrutunun yaradılmasında iştirak etməyə hazırdır.

"Report" xəbər verir ki, bunu "BP Azerbaijan" şirkətinin baş geoloqu Bağır İbrahimov deyib.

O bildirib ki, martın sonunda BP-nin regional rəhbərliyi "Azərbaycan-Qazaxıstan-Türkmənistan" enerji dəhlizinin yaradılmasında Qazaxıstanın mühüm rolunu təsdiqləyib.

"BP Azərbaycanda topladığı təcrübəni sinxronlaşdırılmış infrastrukturun qurulmasında tətbiq etməyi planlaşdırır. Nəticədə Qazaxıstan və Türkmənistandan qazın Xəzər dənizi vasitəsilə nəql edilməsi və sonradan Cənub Qaz Dəhlizinə (CQD) qoşulması mümkün olacaq", - B.İbrahimov vurğulayıb.

Onun qiymətləndirməsinə görə, 2030-cu ilə qədər bu dəhliz Avropaya enerji tədarüklərinin şaxələndirilməsi üçün mühüm vasitələrdən birinə çevrilə bilər, üstəlik Qazaxıstan hasilatın əhəmiyyətli hissəsini təmin etmək potensialına malikdir.

B.İbrahimov xatırladıb ki, Qazaxıstanın "KazMunayQaz" (KMQ) milli şirkəti və "BP Exploration Operating Company Limited" Qazaxıstanın Mangistau vilayətində yerləşən perspektivli "Üstyurt" blokunun geoloji kəşfiyyatı və işlənməsi sahəsində əməkdaşlığa dair saziş imzalayıb.

Geoloq qeyd edib ki, dəhlizin inkişafına töhfə verən elementlərdən biri BP və "KazMunayQaz"ın Qazaxıstanın resurs bazasının artırılması üzrə birgə fəaliyyəti olacaq.

"Layihə Qazaxıstanın qərbindəki Üstyurt hövzəsində - ilkin qiymətləndirmələrə görə, böyük həcmdə kəşf edilməmiş qaz ehtiyatlarının cəmləşdiyi regionda genişmiqyaslı geoloji kəşfiyyat işlərinin aparılmasını nəzərdə tutur. Çoxillik proqram 2D və 3D seysmik tədqiqatların aparılmasını, həmçinin 2026-2029-cu illər ərzində bir sıra dərin kəşfiyyat quyularının qazılmasını əhatə edir", - geoloq əlavə edib.

Xəbər lenti