IMG-LOGO

Azərbaycanda dövlət uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlanacaq

02 Apr 2026 20:40 3 baxış
IMG

Azərbaycanda körpələr, erkən yaşlı uşaqlar üçün qida formulları və əlavə qidalara dair sanitariya normaları və qaydaları hazırlanacaq.

"Report"un əldə etdiyi məlumata görə, məqsəd uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviq etməkdir.

Qaydaların hazırlanmasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) may ayına kimi yekunlaşdırmalıdır.

Bundan başqa, ilin sonuna qədər AQTA və Səhiyyə Nazirliyi dövlət tərəfindən qida ilə təmin edilən uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlamalıdır.

Xəbər lenti