IMG-LOGO

Finlandiya və İran Prezidentləri Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər

02 Apr 2026 19:31 2 baxış
IMG

Finlandiya Prezidenti Aleksandr Stubb və onun iranlı həmkarı Məsud Pezeşkian telefon danışığı zamanı Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Stubb "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Mən İran Prezidenti ilə telefon danışığı apardım. Biz İran və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdik. Təcili olaraq atəşkəsə və diplomatik nizamlanmaya nail olmaq lazımdır. Mən qonşu ölkələrə zərbələrin dayandırılmasının və Hörmüz boğazında gəmiçilik bərpa edilməsinin zəruriliyini vurğuladım", - o bildirib.

Stubb həmçinin qeyd edib ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, tərəflər arasında dialoq davam etdirilməlidir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti