IMG-LOGO

İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 1 345 nəfərə çatıb

02 Apr 2026 19:35 2 baxış
IMG

Eskalasiya başlayandan bəri İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 1 345 nəfərə çatıb.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha 4 040 nəfər yaralanıb.

Səhiyyə sahəsində fövqəladə hallar üzrə əməliyyatlar mərkəzinin gündəlik hesabatında vurğulanıb ki, ölənlər arasında 125 uşaq və 91 qadın var.

Həmçinin qeyd olunub ki, təkcə son sutka ərzində ölkədə 27 nəfər öldürülüb, 105 nəfər yaralanıb.

Ötən gün martın 2-dən bəri 1 318 nəfərin öldüyü bildirilmişdi.

Xəbər lenti