IMG-LOGO

Həndbol millimiz məğlub OLDU

03 Mar 2024 20:36 132 baxış
IMG

Bu gün həndbol üzrə Azərbaycan yığması AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Lent.az xəbər verir ki, V qrupda yer alan millimiz Litvanın qonağı olub.

4 gün əvvəl Bakıda rəqibini məğlub edən həndbolçularımız səfərdə eyni uğuru təkrarlaya bilməyiblər. Birinci hissəni 6 xal fərqi ilə üstün bitirən litvalılar fasilədən sonra fərqi artırıblar. Meydan sahibləri 41:26 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, qrupun digər matçında Şimali Makedoniya İspaniyanın qonağı olacaq.

Mənbə: lent.az

Xəbər lenti