IMG-LOGO

Azərbaycanda "Chrome"un bazar payı iki ayda 8 %-dən çox azalıb

02 Apr 2026 18:59 3 baxış
IMG

Bu ilin mart ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihaz, planşet) "Chrome" brauzerinin bazar payı 78,76 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, fevral ayına nisbətən 4,31 faiz bəndi azdır, 2025-ci ilin mart ayının göstəricisi ilə müqayisədə isə 0,6 faiz bəndi çoxdur.

Beləliklə onun bazar payı ardıcıl olaraq 2-ci aydır azalır (ümumi azalma 8,4 % təşkil edib).

İkinci pillədəki "Safari"nin bazar payı aylıq 3,72 faiz bəndi artaraq, illik isə 0,45 faiz bəndi azalaraq 10,43 % olub.

Növbəti yerdə qərarlaşan "Samsung Internet"in bazar payı aylıq 0,99 faiz bəndi artaraq, illik isə 0,8 faiz bəndi azalaraq 2,99 % təşkil edib.

Dördüncü yerdəki "Opera"nın bazar payı ay ərzində 0,92 faiz bəndi, illik müqayisədə isə 0,46 faiz bəndi artaraq 2,85 % təşkil edib.

İlk beşliyi qapadan "Edge"nin bazar payı aylıq 0,53 faiz bəndi artaraq, illik isə 0,02 faiz bəndi azalaraq 1,64 % olub.

Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

"Chrome" – 86,34 % (aylıq 2,53 faiz bəndi az və illik 6,91 faiz bəndi çox);

"Edge" – 4,1 % (aylıq 2,27 faiz bəndi çox və illik 2,19 faiz bəndi az);

"Opera" – 3,8 % (aylıq 2,20 faiz bəndi çox və illik 1,26 faiz bəndi az);

"Safari" – 1,77 % (aylıq 0,97 faiz bəndi çox və illik 1,51 faiz bəndi az);

"Firefox" – 1,52 % (aylıq 0,74 faiz bəndi çox və illik 1,02 faiz bəndi az);

Mobil cihazlarda:

"Chrome" – 73,86 % (aylıq 0,61 faiz bəndi və illik 3,88 faiz bəndi az);

"Safari" – 16,07 % (aylıq 0,56 faiz bəndi və illik 2,51 faiz bəndi çox);

"Samsung Internet" – 4,96 % (aylıq 0,05 faiz bəndi və illik 0,21 faiz bəndi az);

"Opera" – 2,24 % (aylıq 0,16 faiz bəndi az və illik 0,80 faiz bəndi çox);

"Yandex Browser" – 1,45 % (aylıq 0,09 faiz bəndi və illik 0,20 faiz bəndi çox);

Planşetlərdə:

"Chrome" – 77,12 % (aylıq 0,84 faiz bəndi çox və illik 0,53 faiz bəndi az);

"Safari" – 10,82 % (aylıq 2,34 faiz bəndi çox və illik 1,25 faiz bəndi az);

"Android" – 7 % (aylıq 0,44 faiz bəndi və illik 1,29 faiz bəndi az);

"Yandex Browser" – 2,68 % (aylıq 1,03 faiz bəndi və 1,98 faiz bəndi çox);

"Opera" – 2,07 % (aylıq 2,22 faiz bəndi az və illik 0,08 faiz bəndi çox);

Xəbər lenti