IMG-LOGO

Almaniyalı olimpiya çempionu Viktoriya Karl dopinq pozuntusuna görə 18 aylıq cəzalandırılıb

02 Apr 2026 17:30 4 baxış
IMG

Almaniyanın olimpiya çempionu Viktoriya Karl antidopinq qaydalarını pozduğuna görə 18 aylıq yarışlardan kənarlaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə Almaniya Antidopinq Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Onun orqanizmində Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan olunmuş maddələr siyahısında olan klenbuterol aşkarlanıb.

Bildirilir ki, həmin maddə xizəkçinin qəbul etdiyi öskürək siropunun tərkibində olub.

İdmançının 2025-ci il martın 26-dan mayın 26-dək əldə etdiyi bütün nəticələri ləğv ediləcək.

Xatırladaq ki, Viktoriya Karl 2022-ci ildə Pekin olimpiadasında komanda sprintində qızıl medal qazanıb.

Xəbər lenti