IMG-LOGO

G7 və Fars körfəzi ölkələri Hörmüz boğazındakı vəziyyəti müzakirə edəcəklər

02 Apr 2026 17:49 5 baxış
IMG

G7 ölkələri və Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası gələn həftə Hörmüz boğazındakı vəziyyətlə bağlı görüş keçirəcəklər.

"Report" Fransa KİV-nə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı Fransanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Paskal Konfavre bildirib.

"G7-yə üzv ölkələr və Fars Körfəzi Ərəb dövlətlərinin Əməkdaşlıq Şurası arasında Hörmüz boğazındakı vəziyyət ilə bağlı gələn həftə keçirilməsi planlaşdırılan görüşə hazırlıq işləri aparılır", - o qeyd edib.

Xəbər lenti