IMG-LOGO

"Facebook" son bir ildə Azərbaycandakı bazar payının 42 %-ni itirib

02 Apr 2026 16:36 4 baxış
IMG

Bu ilin mart ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "YouTube"un bazar payı 28,69 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi məlumata görə, bu, əvvəlki aya nisbətən 4,57 faiz bəndi, 2025-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 14,16 faiz bəndi çoxdur.

İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 11,03 faiz bəndi azalaraq, il ərzində isə 18,68 faiz bəndi artaraq 26,32 % təşkil edib. Beləliklə onun payı illik ifadədə 42 % azalıb.

Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 2,28 faiz bəndi artaraq, illik isə 20,28 faiz bəndi azalaraq 19,01 % təşkil edib.

Dördüncü pillədəki "Pinterest"in bazar payı aylıq 0,88 faiz bəndi, illik müqayisədə isə 4,15 faiz bəndi azalaraq 8,69 % təşkil edib.

İlk beşliyi 7,77 %-lik bazar payı ilə "X" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 2,56 faiz bəndi, illik müqayisədə isə 1,86 faiz bəndi artıb.

Xəbər lenti