BƏƏ-nin hava hücumundan müdafiə (HHM) qüvvələri bu gün İrana məxsus 19 ballistik raket və 26 pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirib.
"Report" xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin məlumatında bildirilib.
"İranın hücumları başlayandan bəri BƏƏ-nin HHM qüvvələri 457 ballistik raket, 19 qanadlı raket və 2 038 PUA zərərsizləşdirib. Bu hücumlar nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən silahlı qüvvələrin 2 hərbi qulluqçusu ölüb", - məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, ümumilikdə 191 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.