IMG-LOGO

İraq Hörmüz boğazından yan keçməklə Suriya vasitəsilə neft məhsullarının ixracına başlayıb

02 Apr 2026 15:50 4 baxış
IMG

İraq Hörmüz boğazından yan keçməklə Suriya vasitəsilə neft məhsullarının tədarükünə başlayıb.

"Report" xəbər verir ki, bu barədə "The National" nəşri İraqın Neft Nazirliyinə istinadən məlumat yayıb.

Neft məhsulları daşıyan avtomobillərin Suriyanın Biniyas limanına çatdırılması nəzərdə tutulub. Digər təfərrüatlar açıqlanmır.

Bundan əlavə, "The Financial Times" nəşri İraq dövlət neft şirkətinə istinadən xəbər verib ki, Suriyadan quru yolla Aralıq dənizinə və Avropaya gündəlik 50 min barel neft ekvivalentinin daşınmasına dair müqavilə imzalanıb. Nazirlikdən qeyd olunub ki, bu həcmləri tədricən artırmağa ümid edirlər.

Xəbər lenti