IMG-LOGO

SEPAH BƏƏ və Bəhreyndə sənaye müəssisələrinə zərbə endirib

02 Apr 2026 15:56 3 baxış
IMG

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Əbu-Dabidə (BƏƏ) poladtökmə müəssisələrinə və Bəhreyndə alüminium zavodlarına zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

"Bu hücumlar bir xəbərdarlıqdır. Əgər İran sənayesinə hücumlar təkrarlanarsa, növbəti cavab qat-qat ağır olacaq", - bəyanatda vurğulanıb.

Daha əvvəl bildirilmişdi ki, ABŞ və İsrail İranın mərkəzi və cənub-qərb hissələrindəki poladtökmə komplekslərinə zərbə endirib.

Xəbər lenti