IMG-LOGO

Britaniyalı alimlər mayonezi rəsmən musiqi aləti kimi tanıdılar

02 Apr 2026 11:10 3 baxış
IMG
3 0

Britaniyalı alimlər mayonezi rəsmən musiqi aləti kimi tanıdıqlarını elan ediblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Nortumbriya Universitetinin apardığı tədqiqat təsdiqləyib ki, mayonez öz akustik xüsusiyyətləri sayəsində musiqi alətlərinin təsnifatı üçün elmi meyarlara tam cavab verir.

Alimlər müəyyən ediblər ki, bu məhsulun fiziki xüsusiyyətləri və konsistensiyası müxtəlif hündürlükdə və tonallıqda səslər çıxarmağa imkan yaradır. Tədqiqatda vurğulanır ki, mayonezin çıxardığı səslər təsadüfi deyil və onun emulsiya strukturu ilə birbaşa bağlıdır.

Tədqiqatçılar həmçinin aşkar ediblər ki, mayonezə göstərilən təsirin sürəti səsin xarakterini tamamilə dəyişir. Məsələn, yavaş və axıcı hərəkətlər zamanı aşağı bas tonları yarandığı halda, kəskin və sürətli toxunuşlar yüksək səslərin yaranmasına səbəb olur. Eyni zamanda mayonezin qablaşdırıldığı qabdan asılı olaraq səslənmə fərqləri də müşahidə edilir. Alimlərin fikrincə, bir əşyanın musiqi alətinə çevrilməsi onun istifadə məqsədindən asılıdır və mayonez səs yaratmaq üçün istifadə edildiyi andan etibarən sadəcə bir sous hesab olunmur. Qeyd edək ki, bundan əvvəl İspaniyada bir şəxs sevimli mayonezinin qəlyanaltı obyektində tapılmamasına əsəbiləşərək həmin məkanı yandırdığı üçün həbs edilmişdi.

mayonez musiqi aləti

Xəbər lenti