IMG-LOGO

"Samsung" son iki ayda Azərbaycanın mobil cihaz bazarındakı payının 19 %-dən çoxunu itirib

02 Apr 2026 10:47 4 baxış
IMG

Bu ilin mart ayında Azərbaycanın mobil cihazlar bazarında adları açıqlanmayan brendlərin payı 24,17 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, əvvəlki aya nisbətən 0,62 faiz bəndi, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 6,91 faiz bəndi çoxdur.

Növbəti sıradakı "Apple"ın bazar payı aylıq müqayisədə 0,88 faiz bəndi və illik müqayisədə 4,81 faiz bəndi artaraq 23,9 % olub.

Üçüncü pillədəki "Samsung"un bazar payı aylıq müqayisədə 0,96 faiz bəndi və illik müqayisədə 5,50 faiz bəndi azalaraq 23,19 % olub. Beləliklə onun payı ardıcıl olaraq 2-ci aydır azalır (ümumi azalma 19,4 % təşkil edib).

Dördüncü pillədə qərarlaşan "Xiaomi"nin bazar payı aylıq müqayisədə 0,08 faiz bəndi artaraq, illik müqayisədə isə 5,46 faiz bəndi azalaraq 18,3 % təşkil edib.

Xəbər lenti