IMG-LOGO

Yardımlı şəhərində və rayonun bir sıra kəndlərdə işıq olmayacaq

02 Apr 2026 00:46 3 baxış
IMG

Bu gün Yardımlı rayonunun bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq.

Bu barədə "Report" "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Yardımlı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq "Yardımlı" yarımstansiyasından çıxan 10 kV-luq 8 saylı hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 09:30-dan 12:30-dək şəhər ərazisində, eləcə də rayonun Dəlləkli, Gavran və Ostayır kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Xəbər lenti