ABŞ və İsrailin İrana qarşı əməliyyatı dövrü ərzində amerikalı hərbçilər 16 "MQ-9 Reaper" pilotsuz uçuş aparatı (PUA) itiriblər.
"Report" xəbər verir ki, bu barədə "CBS News" telekanalı iki amerikalı məmura istinadən məlumat yayıb.
Daha əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Şiraz üzərində ABŞ-nin "MQ-9" aparatını ələ keçirdiyini və zərərsizləşdirildiyini bildirib.
"MQ-9 Reaper" kəşfiyyat missiyaları və müşahidə üçün istifadə edilən uzaqdan idarə olunan uçuş aparatıdır, lakin o, həmçinin yüksək dəqiqlikli zərbələr endirmək üçün də tətbiq oluna bilər. Bu aparatın orta qiyməti təxminən 34 milyon dollar təşkil edir.
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqset dəfələrlə bəyan ediblər ki, artıq bir aydır davam edən ABŞ-İsrail zərbələri zamanı İranın hava hücumundan müdafiəsi və raket buraxılış imkanları demək olar, tamamilə məhv edilib.