Ehtimal olunur ki, ABŞ və İran Hörmüz boğazının açılması müqabilində atəşkəs barədə danışıqlar aparır.
"Report" xəbər verir ki, bu iddia ilə üç ABŞ mənbəsinə istinadən "Axios" müxbiri Barak Ravid çıxış edib.
"Üç yüksək vəzifəli ABŞ rəsmisi mənə bildirdi ki, ABŞ və İran arasında Hörmüz boğazının açılması müqabilində atəşkəs barədə danışıqlar aparılır. Onların sözlərinə görə, razılaşmanın əldə olunub-olunmayacağı hələ ki aydın deyil", - o yazıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.