IMG-LOGO

SEPAH Trampın bəyanatlarından sonra Hörmüz boğazını açmağı planlaşdırmır

01 Apr 2026 18:36 2 baxış
IMG

Hörmüz boğazındakı vəziyyət qəti şəkildə və tamamilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarəti altındadır və ABŞ Prezidenti Donald Trampın bəyanatlarından sonra açılmayacaq.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında deyilir.

SEPAH vurğulayıb ki, ABŞ tərəfinin açıqlamaları regiondakı vəziyyətə təsir etmir və boğazdakı mövcud durumu dəyişdirmir.

Qeyd edək ki, ABŞ Prezidenti İran rəhbərliyinin atəşkəslə bağlı Vaşinqtona müraciət etdiyini bildirib. O əlavə edib ki, bu məsələni yalnız Hörmüz boğazı açıq, azad və təhlükəsiz olduqda nəzərdən keçirəcək.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti