IMG-LOGO

Tramp: ABŞ-nin addımları İranın nüvə silahına malik olmasının qarşısını alıb

01 Apr 2026 17:38 3 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ-nin addımları İranın nüvə silahına sahib olmayacağına zəmanət verib.

"Report" bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

"Onların nüvə silahı olmayacaq, çünki hazırda buna qadir deyillər, sonra isə mən gedəcəyəm, hamını özümlə aparacağam və əgər lazım gələrsə, nöqtəvi zərbələr endirmək üçün geri qayıdacağıq", - D.Tramp bildirib.

Tramp İranla münaqişənin başa çatması ilə bağlı dəqiq tarix deməkdə çətinlik çəkib, lakin əmin olduğunu bildirib ki, ABŞ "ondan kifayət qədər tez çıxacaq".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti