Bu ilin yanvar ayında Azərbaycan 334 min ABŞ dolları dəyərində 37,8 ton qızılbalıq idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 48 % azdır.
Hesabat dövründə Azərbaycan Norveçdən 268,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çox) 25,8 ton (+5 dəfə), Kanadadan 44 min ABŞ dolları dəyərində 7,9 ton, Estoniyadan 14,6 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 3,8 ton (+27 %), Türkiyədən 3,4 min ABŞ dolları dəyərində (-90 %) 0,04 ton (-99 %), Belarusdan 1,85 min ABŞ dolları dəyərində (-67 %) 0,1 ton (-63 %) məhsul alıb.
Azərbaycan 1 il 3 aylıq fasilənin ardından Kanadadan qızılbalıq tədarükünü bərpa edib.