IMG-LOGO

Gideon Saar: İran münaqişəsi sonuncu olmaya bilər

01 Apr 2026 16:19 3 baxış
IMG

İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İrana qarşı əməliyyat, yəqin ki, Təl-Əvivin iştirak etdiyi sonuncu münaqişə deyil.

"Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Düşmənlərimizin hiylələrinə aldanmamaq üçün gələcəkdə də sayıqlığımızı qorumalı olacağıq. Biz bunun sonuncu müharibə olacağına söz vermirik", - o bildirib.

Saar qeyd edib ki, İsrail əsas məqsədə - dövlətin mövcudluğuna yönəlmiş birbaşa təhlükənin aradan qaldırılmasına nail ola bilib.

"Bizim hələ də qatı və amansız düşmənlərimiz var, lakin onlara ciddi zərbə vurulub. Onlar artıq bizim mövcüdluğumuzu təhlükəyə məruz qoya bilməzlər. Biz bu nailiyyəti qoruyub saxlamağa borcluyuq", - o qeyd edib.

Xəbər lenti