IMG-LOGO

Avropa Komissiyası Ukraynaya 90 milyard avro kredit ayırmaq üçün hazırlıqlara başlayıb

01 Apr 2026 16:35 3 baxış
IMG

Avropa Komissiyası 2026–2027-ci illərdə büdcə dəstəyini təmin etmək və müdafiə satınalmalarını sürətləndirmək məqsədilə Ukraynaya 90 milyard avro məbləğində kreditin verilməsi üçün hazırlıqlara başlayıb.

Bu barədə "Report"un Avropa bürosu Komissiyaya istinadən xəbər verir.

Bu gün qəbul edilmiş paket Aİ-nin 2026-cı il üzrə Ukraynaya dəstəyinin ümumi həcmini təsdiqləmək barədə Şura üçün təklifi özündə ehtiva edir. Burada dekabrın 31-dək Ukraynaya 45 milyard avronun ayrılmasını nəzərdə tutulur. Təsdiqləndikdən sonra Avropa Komissiyası Ukraynaya ilk ödənişə başlayacaq.

"Biz Ukraynaya 90 milyard avro məbləğində kredit verəcəyik. Bu gün biz Ukraynanın pilotsuz uçuş aparatları sənayesinə xüsusi diqqət yetirərək, bu il üçün büdcənin səfərbər edilməsi və müdafiə avadanlıqlarının alınması üzrə lazımi addımları atırıq", - məlumatda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə istinadən bildirilib.

Avropa Komissiyası, həmçinin Ukraynaya dronların satınalınmasında istisnalardan istifadə etməyə imkan verən qərar qəbul edib. Bu, həmin alət çərçivəsində müdafiə məhsullarının təcili satınalmalarına hazırlığa kömək edəcək.

Xəbər lenti