IMG-LOGO

Yağışda sürülən avtomobillərin AQİBƏTİ - Təmiri 10 min manat

01 Apr 2026 16:10 4 baxış
IMG
65 0

Yağışlardan sonra bir çox avtomobillər ya evlərinin həyətində, ya da yollarda qaldılar. İş o həddə çatdı ki, hətta onlarla avtomobilin nömrələri də sularda itib, batdı. Yarıdan çoxu suyun altında qalsa da, insanlar gedəcəkləri yerə hələ də avtomobil sürürlər.  

Bəs görəsən, iri gölməçələrdə avtomobil idarə etməyin hansı fəsadları var? Suyun altında qalan avtomobillərin xərci nə qədərdir?

Avtomobil ustası Sahil Ağabəyli Lent.az-a açıqlamasında bildirib ki, gölməçələrdə sürülən avtomobillərin xərci 10 min manata qədər ola bilər: 

“İntensiv yağışlar zamanı avtomobillərdən mümkün qədər istifadə etməmək tövsiyə olunur. Çünki avtomobillər yağışlı havalarda həddindən çox zərər görür. Gölməçələrin çox olduğu ərazilərdən keçəndə avtomobillərin mühərrikinə su dolur. Mühərrikə dolan su porşen başlıqlarına sovrulur. Belə olduqda mühərrik sıradan çıxır. Avtomobilin markasına uyğun olaraq, sıradan çıxmış mühərrikin bərpası 1000 manatdan, 10 min manata qədər dəyişir.

Elektromobil və hibrit avtomobilləri də yağışlı havalarda ehtiyatla idarə etmək lazımdır. Çünki onların batareyaları avtomobilin altında yerləşir. Zədələnən batareyanı isə sürücü hiss edə bilmir. Belə olduqda, bir damla suyun batareyaya nüfuz etməsi faciə ilə nəticələnə bilər. Bu baxımdan iri gölməçələr olan yerlərdə bu günlərdə avtomobil idarə etməmək, ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur”.

bakıda yağış Bakıda avtomobillər yağışlı havada avtomobil sürmək

Xəbər lenti