IMG-LOGO

"İnvestisiya şirkətləri tərəfindən həyata keçirilən anderraytinqin təşkili üzrə Təlimat" təsdiqlənib

01 Apr 2026 14:50 4 baxış
IMG

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "İnvestisiya şirkətləri tərəfindən həyata keçirilən anderraytinqin təşkili üzrə Təlimat"ı (Təlimat) təsdiqləyib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, sözügedən Təlimat "İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası"nın 17.2.9-cu yarımbəndinə uyğun olaraq tərtib edilən daxili qaydaların hazırlanmasına, həmçinin kütləvi təklif üsulu ilə yerləşdirilən qiymətli kağızların anderraytinqinin həyata keçirilməsinə dair digər metodoloji əsasları müəyyən edir.

Təlimatın məqsədi emitentin maliyyə vəziyyəti, korporativ idarəetməsi, riskləri və onların idarə edilməsi barədə potensial investorların hərtərəfli məlumatlandırılmasını təmin etməkdir.

Təlimat anderraytinq fəaliyyətini 4 əsas mərhələ üzrə strukturlaşdırır və hər bir mərhələ üzrə metodoloji yanaşmaları müəyyən edir. Qeyd edilən metodoloji yanaşmalar yerli qanunvericilik tələbləri nəzərə alınmaqla beynəlxalq təcrübəyə əsaslanır.

Xəbər lenti