IMG-LOGO

Zelenski: Rusiya Ukraynaya SQ-nin Donbasdan çıxarılması üçün iki ay vaxt verir

31 Mar 2026 21:03 3 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin (SQ) iki ay ərzində Donbasdan çıxarılmasında təkid edir.

"Report" xəbər verir ki, bu barədə Zelenski "X" sosial şəbəkəsində yazıb.

"Hazırda Rusiya bir daha ABŞ tərəfinə cəbhədəki məqsədlərinə çatmaq üçün yeni müddətlər səsləndirir. Mən təəccüblənirəm ki, buna necə inanmaq olar. Ruslar deyirlər ki, iki ay ərzində Donbası ələ keçirəcəklər. Guya Ukraynanın çıxmaq üçün iki ay vaxtı var və onda müharibə bitəcək. Amma əgər Ukrayna iki ay ərzində çıxmasa, o zaman Rusiya Donbası ələ keçirəcək və daha sonra başqa şərtlər irəli sürəcək. Məntiqi sual yaranır: əgər onların məqsədi yalnız Donbasdırsa, niyə daha irəli gedəcəklərini və sonra başqa şərtlərin olacağını deyirlər? Yəni söhbət heç də yalnız Donbasdan getmir. Onların məqsədləri bizə aydındır", - o bildirib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri iki ay ərzində heç nəyi ələ keçirə bilməyəcəklər və bunu çox yaxşı başa düşürlər: "Onlar təzyiq göstərirlər. Bu gün Rusiya ABŞ-yə təzyiq edir, çünki aralıq seçkiləri yaxınlaşır".

Xəbər lenti