IMG-LOGO

Şəkidə evdə PARTLAYIŞ: yaralananlar var

31 Mar 2026 16:35 4 baxış
IMG
2 0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki şəhəri, Aydın Məmmədov küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Şəki Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 320kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsindəki mətbəxdə yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.

Yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, mətbəxdə təxminən 5 kv.m. sahə yanıb.

Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.

Partlayış zamanı 2 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr

Xəbər lenti