IMG-LOGO

Məcid əl-Ənsari: İran Qətərə hücumlar zamanı "qırmızı xətlər"i pozub

31 Mar 2026 15:52 4 baxış
IMG

Qətər ABŞ və İsrailin birgə hərbi əməliyyatı başlayandan bəri İranın bir çox "qırmızı xətlər"i pozduğunu düşünür.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin mətbuat katibi Məcid əl-Ənsari bildirib.

Onun sözlərinə görə, İran Qətər üçün qonşu ölkədir, buna görə də iki ölkə birgə yaşamağın yolunu tapmalıdır.

Məcid əl-Ənsari eyni zamanda əlavə edib ki, Hörmüz boğazının blokadaya alınması problemi qlobal xarakter daşıyır və bütün dünya üçün nəticələr kəsb edir:

"Sonrakı eskalasiya heç bir tərəfin marağında deyil və yalnız yeni itkilərə gətirib çıxaracaq. İran bizim üçün qonşu ölkədir və birgə yaşamağın yolunu tapmaq lazımdır. Tərəflər danışıqlar masasına nə qədər yaxın olarsa, Fars körfəzi regionu üçün bir o qədər yaxşı olar".

Nazirliyin nümayəndəsi həmçinin İsrailin Livandakı hərəkətlərini də pisləyib.

Məcid əl-Ənsari vurğulayıb ki, Livan ərazisində quru əməliyyatının keçirilməsi və bufer zonasının yaradılmasının müzakirə edilməsi beynəlxalq hüququn pozulmasıdır:

"Livanın suverenliyinə hörmət etmək lazımdır.... Hazırda gərginliyin azaldılması məsələsi ilə bağlı beynəlxalq tərəflərlə koordinasiya aparılır".

Xəbər lenti