IMG-LOGO

Vəkillərə "Elektron Məhkəmə" informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək

31 Mar 2026 14:55 4 baxış
IMG

"Elektron Məhkəmə" informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində sistemin yeni versiyası istifadəyə verilib.

"Report" xəbər verir ki, sistemdə edilən yeniliklərin izah olunması və yaranan çətinliklərin aradan qaldırılması məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən onlayn təlimlər keçirilməkdədir.

Bu gün saat 16:00-dan etibarən "Zoom" platforması üzərindən həftə ərzində keçiriləcək iclaslara qoşulmaq istəyən vəkillər müraciət edə bilərlər.

Bundan başqa bildirilir ki, yeni sistem üzərindən texniki məsələlərlə bağlı prosessual müddətlərin ötürülməsinin nəzərə alınması üçün Məhkəmə-Hüquq Şurasının Məhkəmə Çağrı Mərkəzindən (887) arayış alına bilər.

Xəbər lenti