Zaqatalada ölümlə nəticələnən ağır yol qəzası ilə bağlı təfərrüatlar məlum olub.
Lent.az xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, "VAZ-21011" markalı minik avtomobili ilə "Mersedes C 200" markalı avtomobil toqquşub. Yanğınsöndürən-xilasedicilər tərəfindən qəza-xilasetmə alət və avadanlıqlardan istifadə etməklə minik avtomobilində olan sərnişin 53 yaşlı Rüfət İsrafil oğlu Qurbanovun meyiti avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.
***
https://www.instagram.com/zaqatala_news/reel/DWgs_8vijom/17:13
Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilləri toqquşub. Qəza zamanı bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb.
Hadisə yerinə rayon Polis Şöbəsinin əmkdaşları və xilasedicilər cəlb olunub.
Hadisələr Zaqatala rayonu