IMG-LOGO

Lənkəranda baş verən qəzada ölən və yaralıların kimliyi məlum olub - YENİLƏNİB

29.02.2024 22:38 19 baxış
IMG

Lənkəranda baş verən qəzada ölən və yaralıların kimliyi məlum olub.

“Report”un cənub bürosunun məlumatına görə, qəzada sürücü, Lənkəran rayonunun Mamusta kənd sakini, 1998-ci il təvəllüdlü Azər Arzuman oğlu Babayev ölüb.

Yaralılar isə Lənkəran rayonunun Xanbulan kənd sakini, 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli və həmkəndlisi 2003-cü il təvəllüdlü Riad Mehman oğlu Qurbanovdur.

Ü.Əzizlinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

22:25

Lənkəranda avtomobilin ağaca çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

"Report"un cənub bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralında rayonun Xanbulan kəndindən keçən hissəsində baş verib.

Belə ki, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan biri reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti