IMG-LOGO

Zaxarova: Praqadakı Rus Evinə hücuma görə Çexiyanın Moskvadakı səfirinə etiraz bildirilib

27 Mar 2026 17:36 3 baxış
IMG

Çexiya səfiri Daniel Koştoval Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb, ona Praqadakı Rus Evinə "Molotov kokteyli" ilə hücuma görə sərt etiraz bildirilib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

"Martın 27-də Çexiya Respublikasının Rusiya Federasiyasındakı səfiri D.Koştoval Rusiya XİN-ə çağırılıb. Çexiyalı diplomata martın 26-sı axşam Rusiyanın Praqadakı Elm və Mədəniyyət Mərkəzinə "Molotov kokteyli"ndən istifadə edilməklə törədilən hücumla bağlı sərt etiraz bildirilib", - o qeyd edib.

Hadisə ilə əlaqədar olaraq Rusiya XİN Çexiya tərəfindən araşdırma aparmağı tələb edib.

Xəbər lenti