IMG-LOGO

Boçorişvili: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə hazırdır

27 Mar 2026 11:52 2 baxış
IMG

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ Dövlət Departamentinin nümayəndəsi Peter Andreoli ilə görüşüb.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumata görə, görüşdə ABŞ-ın Cənubi Qafqaz regionundakı rolu, bölgədə gedən proseslər və iki ölkə arasında mövcud əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər həmçinin Orta Dəhliz layihəsi və Gürcüstanın regionda nəqliyyat-logistika mərkəzi kimi rolu ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi, eləcə də tanınmama siyasəti də diqqət mərkəzində olub.

Nazir Maka Boçorişvili Gürcüstan tərəfinin ABŞ ilə münasibətləri yenidən qurmağa və strateji tərəfdaşlığı bərpa etməyə hazır olduğunu bir daha vurğulayıb.

Xəbər lenti