IMG-LOGO

Azərbaycanda 2 ayda kolbasa istehsalı 18 %-ə yaxın artıb

27 Mar 2026 10:37 2 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 5 min 478,6 ton kolbasa məmulatları istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 17,6 % çoxdur.

Bu il martın 1-nə ölkədə 23,3 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da bir il öncəki göstəriciyə nisbətən 2,3 dəfə azdır.

Hesabat dövründə Azərbaycanda 937,7 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 11,4 % çoxdur.

Xəbər lenti