İki həftə əvvəl Hörmüz boğazında hücuma məruz qalmış Tailand bayrağı altında üzən "Mayuree Naree" yük gəmisi İranın Keşm adası sahillərində saya oturub.
"Report"un məlumatına görə, bu barədə "Tasnim" agentliyi xəbər yayıb.
Agentliyin məlumatına əsasən, gəmi Keşm adasının cənub hissəsində yerləşən Ramçah yaşayış məntəqəsinin akvatoriyasında saya oturub.
Heyətin vəziyyəti və ya ekipaj üzvlərinin mümkün təxliyəsi barədə hələlik məlumat yoxdur.
Gəmiyə hücum barədə daha əvvəl - mart ayında "Reuters" agentliyi məlumat vermişdi.