IMG-LOGO

SEPAH İsrailə və ABŞ-nin regiondakı hərbi bazalarına zərbələr endirib

27 Mar 2026 04:26 4 baxış
IMG

İran ABŞ və İsrailə qarşı "Gerçək vəd – 4" əməliyyatının 83-cü dalğasını başladıb.

"Report"un "Tasnim" agentliyinə istinadən xəbərinə görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, əməliyyat çərçivəsində İsrailin cənubunda yerləşən Aşdod şəhərindəki neft anbarları, Modiin şəhərində hərbçilərin yerləşdiyi məkan, ABŞ-nin regiondakı hərbi kəşfiyyat mübadiləsi mərkəzi, "Əl-Dafra (BƏƏ) və "Əl-Udeyd" (Qətər) hərbi bazaları, "Ali əs-Salem" (Küveyt) bazasındakı nəqliyyat təyyarələri və PUA-ların saxlanma və təmir anqarları, həmçinin "Şeyx İsa" bazasındakı qırıcı və reaktiv təyyarələrin yanacaq çənləri, habelə "Patriot" sistemlərinin təmir və texniki xidmət anqarına zərbələr endirilib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Daha əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Xəbər lenti