Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi Buşehrdəki AES yaxınlığında sonuncusu çərşənbə axşamı axşam saatlarında həyata keçirilən zərbələrlə bağlı narahatlığını ifadə edib.
"Report xəbər verir ki, bu barədə agentliyin "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunan bəyanatda bildirilir.
"Bunun böyük miqdarda nüvə materialına malik, fəaliyyətdə olan atom elektrik stansiyası olduğunu nəzərə alaraq baş direktor Qrossi xəbərdarlıq edir ki, obyektin zədələnməsi İranda və onun hüdudlarından kənarda geniş ərazini əhatə edəcək böyük radioloji qəzaya səbəb ola bilər", - paylaşımda qeyd olunub.
Qrossi nüvə qəzası riskinin qarşısını almaq üçün bir daha maksimum təmkinli olmağa çağırıb və münaqişələr zamanı nüvə təhlükəsizliyinin təmin edilməsinin 7 bəndinə riayət olunmasının vacibliyini vurğulayıb.