IMG-LOGO

Azərbaycanda bank kartları ilə ödənişlərin ümumi məbləği 56 % artıb

28.02.2024 16:19 90 baxış
IMG

2023-cü ildə Azərbaycanda bank kartları ilə 88,1 milyard manat ödəniş edilib ki, bu da 2022-ci illə müqayisədə 56 % çoxdur.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Sənədə əsasən, illik ödənişlərin 49 milyard manatlıq hissəsi nağdsız ödənişlərdir. Bu isə 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.

Beləliklə, il ərzində ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 12,4 faiz bəndi artaraq 55,6 %-ə çatıb.

Kartlarla nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. Hesabat dövründə elektron ticarət əməliyyatlarının sayı 2,2 dəfə artaraq 563,4 milyon ədəd, ümumi məbləği isə 2,1 dəfə artaraq 39,2 milyard manat olub.

İl ərzində təsərrüfat subyektlərində POS-terminal vasitəsilə aparılan əməliyyatların sayı 2,1 dəfə artaraq 416,6 milyon ədəd, ümumi məbləği isə 68,5 % artaraq 9,8 milyard manat təşkil edib. O cümlədən POS-terminallarla aparılan təmassız ödənişlərin sayı illik müqayisədə 2,2 dəfə artaraq 401,1 milyon ədəd, ümumi məbləği isə 82,5 % artaraq 8,9 milyard manat olub.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti