IMG-LOGO

Nikol Paşinyan: Ermənistan mayın sonlarında son illərdə alınmış hərbi texnikanı göstərəcək

26 Mar 2026 14:47 3 baxış
IMG

Ermənistan mayın sonlarında son illərdə əldə edilmiş hərbi texnikanı nümayiş etdirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan martın 26-da keçirilən brifinqdə bildirib.

"Qərar qətidir. Mayın 28-də, Respublika Günündə, İrəvandakı Respublika meydanında hərbi paraddan daha çox Ermənistan vətəndaşları qarşısında hesabat xarakterli tədbir keçiriləcək. Biz son illərdə alınmış hərbi texnikanı nümayiş etdirəcəyik", - o qeyd edib.

Xəbər lenti