IMG-LOGO

İran Hörmüz boğazından keçid üçün rüsumlar haqqında qanun layihəsi hazırlayır

26 Mar 2026 10:55 4 baxış
IMG

İran parlamenti Hörmüz boğazından keçən bəzi gəmilərdən rüsumların rəsmiləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir.

"Report" "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Deputat Məhəmmədreza Rezayi Kuçi bildirib ki, parlament İranın Hörmüz boğazı üzərindəki suverenliyinin, nəzarətinin və idarəsinin rəsmi şəkildə təsbit edilməsi, eləcə də rüsumların yığılması hesabına gəlir mənbəyinin yaradılması planını irəli sürür.

"Bu tamamilə təbiidir: eynilə yüklərin digər dəhlizlərdən keçidi zamanı tranzit rüsumlarının ödənildiyi kimi. Hörmüz boğazı da belə bir dəhlizdir, biz onun təhlükəsizliyini təmin edirik və təbiidir ki, gəmilər və neft tankerləri bu cür rüsumları ödəməlidirlər", - o qeyd edib.

Xəbər lenti