IMG-LOGO

"Hizbullah" son bir gündə İsrailə qarşı 87 hərbi əməliyyat keçirib

26 Mar 2026 08:00 4 baxış
IMG

Livanın radikal təşkilatı "Hizbullah" son 24 saat ərzində İsrail ordusunun hədəflərinə qarşı 87 hərbi əməliyyat keçirdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

Qeyd olunub ki, hücumlar 25 mart 2026-cı ildə İsrail ordusunun mövqelərinə, bazalarına və yerləşdirmə yerlərinə, eləcə də Livan-İsrail sərhədi yaxınlığındakı İsrail hərbi hərəkatlarına qarşı həyata keçirilib.

"Hizbullah" hücumların yalnız İsrailin şimalındakı hərbi hədəflər olduğunu bəyan edib.

Bəyanatda həmçinin vurğulanıb ki, əməliyyatlar hərəkatın iddia etdiyi kimi İsrailin mülki əhaliyə hücumlarından fərqli olaraq, hərbi infrastruktura qarşı yönəlib.

Xəbər lenti