IMG-LOGO

Aİ ilə Avstraliya arasında ticarət razılaşması Fransada tənqidlərə səbəb olub

26 Mar 2026 06:11 2 baxış
IMG

Avropa Birliyi ilə Avstraliya arasında yeni ticarət müqaviləsi Fransada narazılığa səbəb olub və Parisin xarici ticarət siyasəti ilə bağlı müzakirələri yenidən qızışdırıb.

"Report" xəbər verir ki, bu barədə Politico məlumat yayıb.

Qeyd olunub ki, Fransa yanvar ayında Parisin uzun müddətli müqavimətinə baxmayaraq, Avropa İttifaqının Cənubi Amerika bloku "Merkosur" ilə razılaşmasını bloklaya bilmədikdən sonra, Fransa hakimiyyəti Avstraliya ilə oxşar bir razılaşmanı dəstəkləmək üçün yenidən təzyiq altında qalıb.

Nəşrin məlumatına görə, Fransanın ən böyük fermerlər birliyi olan "FNSEA" və mal əti istehsalçıları federasiyası olan "Interbev" artıq razılaşmaya qarşı çıxıblar. "FNSEA" sənədi "Mercosur II" adlandırıb və Fransa hakimiyyətindən onu bloklamağı tələb edib.

"FNSEA"nın vitse-prezidenti və mal-qara yetişdiricisi Patrik Benesi həm Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayeni müqaviləni imzaladığına görə, həm də Fransa hökumətini güclü reaksiya vermədiyinə görə tənqid edib.

Bu arada, Fransanın xarici ticarət naziri Nikolas Forissier bildirib ki, Aİ ilə Avstraliya arasındakı müqavilə "balanslı və tələbkar tərəfdaşlığı" təmsil edir. O, aprelin sonunda Fransanın kiçik biznes nümayəndələrinin nümayəndə heyəti ilə Avstraliyaya səfər etmək niyyətində olduğunu bildirib.

Tənqidlər Fransa müxalifətindən də gəlib. Avropa Parlamentinin "Fəth edilməmiş Fransa" partiyasından olan üzvü Manon Obri müqaviləni "qalmaqallı" adlandırıb və məhkəmə vasitəsilə onun ləğvini tələb etmək niyyətində olduğunu bildirib.

Xəbər lenti