Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Çinə səfərinin vaxtı məlum olub.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt danışıb.
Onun sözlərinə görə, ABŞ lideri Pekində 14-15 may tarixlərində olacaq və səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşəcək.
"Prezident Trampın Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə çoxdan gözlənilən görüşü 14 və 15 mayda Pekində keçiriləcək", - deyə o bildirib.
Livitt əlavə edib ki, Çin Xalq Respublikasının Sədrinin ABŞ-yə cavab səfəri 2026-cı ilin sonlarında gözlənilir.